FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Komandamız "First Lego League Azərbaycan" mühəndislik və robot texnologiyaları yarışında ilk onluqda qərar tutdu.

20.12.2021

     19 dekabr 2021-ci il tarixində ADA Universitetində Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılğı ilə 10-16 yaşlı məktəblilər arasında “First Lego League Azərbaycan” (FLL) mühəndislik və robot texnologiyaları yarışı keçirildi. Builki yarışın mövzusu “CITY SHAPER” adlanırdı və şagirdlər komanda şəklində şəhərqurma üzrə tədqiqat aparıb, mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün robot yığaraq, onun proqramlaşdırmasında yaradıcı yanaşma nümayiş etdirdilər.

          Bu yarışda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin komandası da yaxından iştirak etmiş və əldə etdiyi nəticəyə görə ilk onluğa düşmüşdü.

          Şagirdlərimizi və onlarla məşğul olan müəllimləri təbrik edir, inanırıq ki, növbəti turnirlərdə komandamız ilk üçlüyə düşəcək.