FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Lütfi Zadə Beynəlxalq Olimpiadasının qalibləri

26.12.2021

    20-25 dekabr 2021-ci il tarixlərində onlayn şəkildə riyaziyyat və informatika fənləri üzrə Lütfi Zadə Beynəlxalq Olimpiadası keçirilib. 18 ölkədən 158 məktəblinin qatıldığı bu olimpiadada azərbaycanlı şagirdlər uğurla çıxış edərək, riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə isə 4 bürünc medal qazanıblar. Medal qazanan məktəblilərin 5-i Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Belə ki,

riyaziyyat fənni üzrə,

Abbasov Toğrul Namiq oğlu (11c) və Qarayeva Fidan Mübariz qızı (10b) qızıl,

Nuriyev Muhammed Hikmət oğlu (11c) və Hüseynov Cəlil Hüseyn oğlu (10b) gümüş,

informatika fənni üzrə,

Qarayev Fuad Mübariz oğlu (9d) bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, Abbasov Toğrul və Qarayeva Fidan bu bilik yarışında göstərdikləri 100%-lik nəticəyə görə “Birincilərin birincisi” elan olunublar.

          Şagirdlərimizi və bu yolda əməyi olan hər kəsi təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!