FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş "Rahat yatın, vətən övladları" adlı tədbir keçirildi.

18.01.2022

    18 yanvar 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Rahat yatın, vətən övladları” adlı tədbir keçirildi. Tədbiri 7b sinfinin şagirdləri hazırlamışdılar.

          Əvvəlcə tədbiri liseyin tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev giriş nitqi ilə açdı. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, daha sonra Dövlət Himni səsləndirildi. Tədbir 7b sinif şagirdlərinin hazırladıqları şeir və səhnəcikləri davam etdi.

          Liseyin rəhbərliyi adından tədbirin təşkilatçılarına təşəkkür edir, uğurlar arzulayırıq!