XƏBƏRLƏR

Birinci yarımil üzrə BSQ-lər keçirildi
25.01.2022
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan şagirdlərin biliyinin qiymətləndirilməsi məqsədilə Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika, kimya və coğrafiya fənləri üzrə mərkəzləşdirilmiş formada BSQ keçirildi. Şagirdlər hər gün üç fənn olamaqla, iki gün ərzində imtahan edildi. Hər fənn üzrə 16 suallıq tapşırıqlara cavab vermək üçün şagirdlərə hər imtahanda 2 saat vaxt verildi.
BSQ-lərin nəticələri həftəsonuna qədər elan ediləcəkdir.