FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyin şagirdləri arasında "Özünüzü tanıyın" adlı psixoloji test

30.01.2022

   Dekabr-yanvar aylarında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva şagirdlərdə şəxsiyyət tiplərini və təmsil sistemlərini təyin etmək məqsədilə “Özünüzü tanıyın” adlı psixoloji test keçirdi. Bu testlərin köməyi ilə uşaqlar hansı potensiala malik olduqlarını müəyyən edə, gələcək karyeralarını ona uyğunlaşdıra bilərlər.

    Psixoloji test liseyin 7-11-ci sinif şagirdləri arasında aparıldı. Sinif rəhbərləri psixoloqa bu istiqamətdə kömək etdilər.

   Sevda xanıma liseyin rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq!