FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İnsanın şəxsiyyət kimi inkişafında ailə, məktəb və sosial mühitin nə kimi rolu vardır" mövzusunda psixolji söhbətlər

26.01.2022

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva psixoloji söhbətlər aparmaq üçün 07 – 26 yanvar 2022-ci il tarixləri arasında VII–IX sinif şagirdləri ilə görüşdü. Aparılan psixoloji söhbətlər “Bir insanın şəxsiyyət kimi inkişafında ailə, məktəb və sosial mühitin nə kimi rolu vardır” mövzusunda idi. Burada əsas məqsəd şagirdlərin fikirləri ilə tanış olmaq və göstərilən amillərin onların həyatında rolunu təyin etmək idi. Bu müzakirələr zamanı məlum oldu ki, şagirdlər liseydə keçirlən bütün tədbirlərdə fəal iştirak etmək istəyirlər.

    Aparılan müzakirələrdən belə qərara gəlindi ki, şagirdlər fikir və təkliflərini yazılı şəkildə psixoloqa təqdim edə bilərlər.

     Psixoloq Sevda Nəbiyevaya lisey rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!