FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Cümlənin baş və ikinci dərəcəli üzvləri" mövzusunda əyləncəli dərs

25.01.2022

       25 yanvar 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili müəllimi Pəri Məhərrəmovanın dərsində VIIIb sinif şagirdləri “Cümlənin baş və ikinci dərəcəli üzvləri” mövzusunda məlumat toplayaraq, slaydlar təqdim etdilər. Dərs əyləncəli şəkildə müəllimin müdaxiləsi olmadan maraqlı və canlı keçdi. Şagirdlər cümlə üzvlərini rəsm əsərlərinin dili ilə izah etməyə çalışdılar.

          Müəllimə və şagirdlərə uğurlar arzulayırıq!