FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyin yeməkxanasında mütəmadi olaraq, dequstator yoxlaması həyata keçirilir

29.11.2021

    Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin yeməkxanasında olan şəraitlə tanış olmaq, ora nəzarəti təmin etmək məqsədilə rəhbərlik tərəfindən mütəmadi olaraq, dequstator yoxlaması həyata keçirilir. Yoxlama qrupuna liseyin bütün sektorlar üzrə heyətindən müəllimlər cəlb olunub. Ilk növbədə, ərazaqların çeşidi, onların saxlanma şəraiti ilə tanış olan qrup yeməklərin hazırlanması texnologiyasını və  şagirdlərə servis edilməsini də müşahidə edirlər. Yeməkləri dequstasiya edən qrup üzvləri onların dadından da müəyyən razılıq etdilər.

      Yaradılan bu şəraitə görə yeməkxananın heyətinə lisey rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!