FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Narkomaniya ümumbəşəri bəladır" adlı tədbir

02.02.2022

    02 fevral 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirildi. Tədbirdə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Fəxrəddin Nəsirov, Yasamal Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov iştirak eidirdilər.

      Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi. Qonaqlar narkomaniyanın fəsadları, ondan qorunmaq yolları barədə fikirlərini bölüşdülər. Son dövrlərdə daha aktual problem olan “patı istifadəçisi narkomanla qarşılaşanda hansı davranışı sərgiləmək lazımdır?” sualı ətrafında müzakirələr aparıldı, şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirildi.

   Tədbirdə iştirak edən psixoloq Sevda Nəbiyeva da çıxış edərək, uşaqları pis vərdişlərdən uzaq olmağa çağırdı.

      Tədbirin təşkilatçılarına və gələn qonaqlara təşəkkür edir, uğurlar arzulayırıq!