FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VIII sinif şagirdləri arasında dama yarışı keçirildi

03.02.2022

       02–03 fevral 2022-ci il tarixləri aralığında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan VIII sinif şagirdləri arasında dama yarışı keçirildi. Yarış liseyin idman zalında təşkil edildi. İki gün davam edən bu yarışın qalibi 8d sinfinin şagirdi Hümmətov Ramin Nurəddin oğlu oldu. Şagirdimizi təbrik edir, ona can sağlığı və uğurlar arzulayırıq!

       Liseyin rəhbərliyi adından yarışın təşkilatçılarına da təşəkkür edirik!