FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Siniflər üzrə valideyn iclasları keçirildi

15.12.2021

    Noyabr-dekabr 2021-ci il tarixləri aralığında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində ayrı-ayrı siniflər üzrə valideyn iclasları keçirildi. Şagirdlərin təlim nailiyyətləri ilə tanış olmaq üçün dəvət edilən valideynlərə həmin siniflərdə dərs deyən fənn müəllimləri ilkin məlumat verdilər. Valideynlərlə görüş zamanı onları narahat edən məsələlər barədə də müzakirələr aparıldı, təklif və iradlarının liseyin rəhbərliyinə çatdırılacağı qeyd edildi.