XƏBƏRLƏR

Liseyimizin şagirdləri Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etdilər
07.02.2022
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri sinif rəhbərləri ilə birlikdə torpağlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar ikinci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etdilər.
Şagirdlər şəhidin məzarına tər çiçəklər düzüb, vətənpərvərlik mövzusunda şerlər söyləmiş və bir dəqiqəlik sükut ilə xatirəsini yad etdilər. Məktəbin müəllimləri cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, onun vətən uğrunda canından keçdiyini, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıblar.