FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Muzey həftəsi"

16.05.2016

Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə “Muzey həftəsi”nə start verilib və "Açıq qapı" günü elan edilib.           

Muzeylərdə "Açıq qapı" günü ilə əlaqədar olaraq liseyimizin şagirdləri "Xalça Muzeyində" də ekskursiyada olmuşlar. Şagirdlər muzeyin kolleksiya fondu ilə tanışlığı zamanı ölkələrarası mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənərək, ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olmuşlar.