
"Qurd xəstəliklərinin törətdiyi fəsadlar və onlardan qorunma yolları" mövzusunda maarifləndirici söhbət
10.02.2022
10.02.2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7b sinfində biologiya fənni üzrə müəllim İradə Zeynalova tərəfindən “Qurd xəstəliklərinin törətdiyi fəsadlar və onlardan qorunma yolları” mövzusunda maarifləndirici söhbət aparmışdır.Tədbirdə UBR Hüseynzadə Nərmin və sinif rəhbəri Bayramova Gilə iştirak etmişdir.
İlk öncə biologiya müəllimi insanda parazitlik edən qurdlar, onların həyat dövriyyəsi və insanda törətdiyi xəstəliklər haqqında slaydlar nümayiş etdirdi.Daha sonra qurd xəstəliklərinin simptomları, diaqnostikası haqqında əlavə məlumatlar verdi. Fənndaxili inteqrasiya edərək qurd xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkiləri haqqında şagirdlərlə müzakirə apardı.
Sonda Nərmin müəllimə və İradə müəllimə liseyin yeməkxanasında ərzaqların saxlanma şəraiti və sağlam qidalanma haqqında şagirdləri məlumatlandıraraq elektron təqdimat nümayiş etdirdilər.