FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yarat Müasir İncəsənət Məkanına ekskursiya

16.02.2022

     16.02.2022-ci il tarixində liseyimizin “Eko klub” üzvlərindən ibarət olan şagirdlərimiz Yarat Müasir İncəsənət Məkanına ekskursiya etdilər.

     Maarifləndirici əhəmiyyəti olan ekskursiya şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.

    Şagirdlər üçün böyük əhəmiyyətə malik olan ekskursiya zamanı bələdçilər qısa məlumat verib, Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” adlı retrospektir sərgisini təqdim etdilər. Bununla yanaşı bir-birindən maraqlı ecazkar əsərlər təqdim olundu. Bələdçilər şagirdlərə əsərlərdə istifadə olunan isti və soyuq rənglərdən, əsərdə rəssamların istifadə etdiyi fikirlər haqqında məlumat verdilər.