FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İnfo Cup proqramlaşdırma müsabiqəsinin bürünc medalçısı – Fuad Qarayev

18.02.2022

       10 - 18 fevral 2022-ci il tarixlərində Ruminiyada onlayn formatda VI İnfo Cup proqramlaşdırma müsabiqəsi keçirildi. 14 ölkədən 150-dən çox şagirdin qatıldığı bu müsabiqədə Azərbaycandan olan məktəblilərimiz uğurla çıxış edərək, 2 gümüş, 1 bürünc medal qazanıblar. Medal qazananlar içərisində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9d sinif şagirdi Qarayev Fuad Mübariz oğlu da yer alıb. Belə ki, o bu beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb.

          Şagirdimizi təbrik edir, ona can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!