FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xocalı Soyqırımı haqqında dəyirmi masa

23.02.2022

       23 fevral 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə Zəfər tarixi dərsində 9ç sinif şagirdləri ilə birgə Xocalı Soyqırımı haqqında dəyirmi masa təşkil etdi. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra şagirdlər Xocalı, o cümlədən Xocalı şəhidləri haqqında topladıqları məlumatları təqdim etdilər. Müəllim bildirdi ki, erməni vandallarinın Xocalıda törətdikləri vəhşilikdən 30 il keçməyinə baxmayaraq, hər il 26 fevralı ürək ağrısı ilə qeyd edirik. O xarici ölkələrdən dostları olan şagirdlərə bu barədə onlara məlumat vermələrini məsləhət gördü. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi video lentlərə təssüf və acı hissi ilə baxıldiqdan sonra Hərbi Hava qüvvələrinin 44 günlük müharibədə göstərdikləri şücaətləri əks etdirən video çarx nümayiş edildi.

       Şagirdlər Azərbaycan xalqının vətəndaşları olaraq hüzün günlərinin də, qalibiyyət gününün də bizim olduğunu və daim yaddaşlarda qalacağını bildirdilər.  

       Liseyin rəhbərliyi adından Günay müəllimə və 9ç sinif şagirdlərinə dəyirmi masada fəal iştirak etdikləri üçün təşəkkür edirik!