FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

XVIII Beynəlxalq Jautikov Olimpiadasının (IZhO) qalibləri

24.02.2022

   16-17 fevral 2022-ci tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn şəkildə XVIII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirildi. Bu olimpiadada Azərbaycan komandası uğurla çıxış edərək, ümumilikdə 15 medal qazanıblar. Medal qazananlar içərisində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 6 şagirdi də yer alıb. Belə ki,

Riyaziyyat fənni üzrə,

Fidan Qarayeva (10b) – gümüş,

Cəlil Hüseynov (10b) – bürünc,

Fizika fənni üzrə,

Rüfət Məmmədov (11c) – bürünc,

Sadıxzadə Sadiq (10b) – bürünc,

Murad Abdulkərim (10e) – bürünc,

İnformatika fənni üzrə,

Fuad Qarayev (9d) – bürünc medallar qazanıblar.

Şagirdlərimizi, müəllimlərini və valideynlərini təbrik edir, onlara can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!