FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Xocalı soyqırımı - qan yaddaşımız!"

25.02.2022

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində şagirdlər tərəfindən hazırlanan  “Xocalı soyqırımı - qan yaddaşımız!” adlı divar qəzetləri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub.

    Şagirdlərin ərsəyə gətirdikləri divar qəzetlərində Xocalı hadisələri haqqında ətraflı məlumatlar, faciəyə həsr olunmuş rəsmlər, şeirlər öz əksini tapıb. Nümayiş olunan materiallarda qəhrəmanlığın, mübarizliyin təbliği də yer alıb.

    Şagirdlərin hazırladıqları divar qəzetlərində soyqırım haqqında həqiqətləri bacardıqları kimi çatdırmağa çalışıblar.