FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Avtoportret

03.03.2022

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva fevral ayı ərzində 9, 10, 11-ci siniflərdə “Avtoportret” testi aparmışdır.

          Testi aparmaqda məqsəd 9-cu sinifdən 10-cu sinifə keçdikdən sonra ixtisas seçimlərini düzgün təyin etmələrinin məsuliyyətini necə dərk etdiklərini yoxlamaq idi.  Şagirdlər “Mən kiməm” və “Mən kim olmaq istəyirəm” adlı iyirmi suallıq testə 5-10 dəqiqə ərzində cavablandırmalı idilər. Bu testin köməyi ilə şagirdlər hal-hazırkı vəziyyətləri və gələcək planları haqqında məlumat alıb, bir neçə xarakterik xüsusiyyətlərlə öz avtoportretlərini yaradaraq, gələcəkdə nə istədiklərini ifadə etdilər. Bu test nəticəsində aydın oldu ki, şagirdlər artıq öz gələcəkləri ilə bağlı hədəf, məqsəd və arzularını təyin ediblər.

          Gələcəyimiz olan şagirdlərə uğurlar!