FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Məişət tozsoranlarının quruluşu və iş prinsipi"

03.03.2022

    03.03.2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin texnologiya müəllimi Səriyyə Hüseynli VIIIç sinif şagirdləri ilə birgə "Məişət tozsoranlarının quruluşu və iş prinsipi" mövzusunda dərs keçdi. Şagirdlər mövzu ilə bağlı məlumatlar toplayaraq, slaydlar şəklində təqdim etdilər. Dərs əyləncəli şəkildə, müəllimin müdaxiləsi olmadan, maraqlı və canlı keçdi.

    Şagirdlər tozsoranın yaranma tarixi və ilk tozsoranın quruluşu haqqında danışdılar və topladıqları materialları əyani şəkildə göstərdilər.

      Slaydlardan məlum oldu ki, ilk tozsoran otağa sığışmayacaq qədər böyük imiş və evə xortumlu şlank salaraq, tozsoranlayırmışlar. Sonda tozsoranın işləmə təmizləmə prinsipləri haqqında fikir mübadiləsi aparıldı.

     Müəllimə və şagirdlərə uğurlar arzulayırıq!