FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sabahın alimləri – Nuriyyə Qarayeva və Davud Həşimov

15.02.2022

     14 fevral 2022-ci il tarixində Təhsil Nazirliyi və AMEA-nın birgə layihəsi olan “Sabahın alimləri” müsabiqəsinin final turu keçirildi. Qaliblər sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9ç sinif şagirdi Həşimov Davud Polad oğlunun və 10b sinif şagirdi Qarayeva Nuriyyə Fuad qızının müəllifləri olduqları iki layihə də yer almışdır. Belə ki, Qarayeva Nuriyyənin müəllifi olduğu “Halogenləşmiş diazabutadein boyalarının sintezi” adlı layihə ikinci, Həşimov Davudun “Güclər fərqi” adlı layihəsi isə üçüncü mükafata layiq görüldü.

          Hər iki şagirdi təbrik edir, əziyyəti olan hər kəsə təşəkkürümüzü bildirir, hamısına can sağlığı, yeni-yeni uğurlar arzulayırıq