
Səmti Müəyyənetmə idman növü
02.03.2022
02.03.2022-ci il tarixində liseydə ekoklub üzvlərinin iştirakı ilə Səmti Müəyyənetmə idman növü üzrə təlim keçirildi. Təlimi Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssiz və təlimçisi Natalya Əliyeva, Ekolubun rəhbəri Elnarə Nəsirova keçirdi.
Təlimçilər əyani vəsaitlərlə və slaydlarla şagirdlərə lazımi məlumatlar verdilər.
Səmti Müəyyənetmə xəritə və kompasdan istifadə edərək, nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür.
Bu idman növü şagirdlərin çox xoşuna gəldi və onları düşündürən sualları verdilər.
Səmti Müəyyənetmə idman növünün məqsədi bu idman növünə marağı olan şagirdlərin gələcəkdə Bakıda və onun hüdudlarından kənarda keçiriləcək yarışlarda onların iştirakını təmin etməkdir.