FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Süni intellekt təhlükədirmi?" mövzüsunda müzakirə

28.02.2022

      28 fevral 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində fəaliyyət göstərən İngilis dili mərkəzinin Debat qrupunun üzvləri "Süni intellekt  təhlükədirmi?" mövzüsunda müzakirə  üçün bir araya gəldilər. Tədbirdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Britaniya Şurasının Azərbaycan Respublikası üzrə direktoru Fransis Qardener-Trexo, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, liseyimizin ingilis dili müəllimləri, bir qrup valideyn və digər qonaqlar iştirak etdilər. Sagirdlərimizin olduqca maraqlı cıxışları tədbirdə olan hər kəsdə böyük təəssürat oyatdı.

      Biz də gənc debatçılarımızı təbrik edir, onlara uğur dolu  parlaq gələcək arzulayırıq!