FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu" mövzusunda dəyirmi masa

09.03.2022

        09 mart 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9ç sinif şagirdləri ilə birgə “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa keçirdi.

         Tədbirdə müəllim və şagirdlərin birgə hazırladıqları slaydlar ətarfında müzakirələr təşkil olundu, həmin seminariyanın yaranma tarixindən, oranı bitirmiş və Azərbaycan maarifi sahəsində mühüm rol oynamış məzunlarından bəhs olundu. Milli təhsilimizdə xüsusi ənənə yaratmış İrəvan Müəllimlər Seminariyasının bu sahədəki rolu bir daha iştirakçıların diqqətinə çatdırıldı.

         Günay müəllimə və şagirdlərə liseyin rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq!