FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Sosial şəbəkələrin insan həyatına təsiri" adlı tədbir

02.03.2022

      02.03.2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8d sinif şagirdləri sinif rəhbəri Südabə Manafova ilə birgə “Sosial şəbəkələrin insan həyatına təsiri” adlı tədbir keçirdilər. Tədbirə liseyin tərbiyə işləri üzrə direktor müavini B.Valeh və digər sinif rəhbərləri də dəvət olunmuşdu.

     Əvvəlcə şagirdlər sosial şəbəkələrin mənfi və müsbət tərəflərindən geniş bəhs etdilər. Onlar sosial şəbəkələrin bizim həyatımızdakı rolundan danışarkən, bəzən ondan asılılığı da vurğuladılar. Daha sonra şagirdlər internet oyunlarından da bəhs edərək, onların ziyanlı tərəflərini xüsusi olaraq, iştirakçıların diqqətinə çatdırdılar.

    Tədbirin təşkilatçılarına liseyin rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!