FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Pedaqoji Şuranın növbəti iclası keçirildi

10.03.2022

          10 mart 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. Liseyin rəhbərliyi iclasda 2021-2022-ci dərs ilinin I yarımilinin yekunu barədə geniş məlumat verdi.

          Çıxış edənlər bu dərs ilinin xüsusilə fərqləndiyini, çətinliklərlə müşayiət olunduğunu, növbəti illər üçün həlledici həlqə rolunu oynadığını vurğulayaraq, yol verilmiş səhvlər, onların aradan qaldırılmasının təmini, əldə edilmiş uğurlar barədə müəllimləri məlumatlandırdılar.

          İkinci yarımildə dərs ilinin əvvəlində tərtib edilmiş fəaliyyət planında əksini tapmış hədəflərə çatmaq üçün görüləcək işlər barədə müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.