XƏBƏRLƏR

IX sinif şagirdləri üçün buraxılış imtahanı formatına uyğun monitorinq keçirildi
16.03.2022
16 mart 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində IX sinif şagirdləri üçün buraxılış imtahanı formatına uyğun monitorinq keçirildi. İmtahan 3 fənni (Azərbaycan dili, riyaziyyat və ingilis dili) əhatə etdi. Test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verildi.
İmtahanın nəticələri növbəti həftələr ərzində açıqlanacaq.
İmtahanın təşkilində, idarə olunmasında, nəzarət prosesində əmək sərf etmiş hər kəsə liseyin rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!