FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"31 Mart azərbaycanlıların soyqırımı günü" ilə əlaqədar tədbir

31.03.2022

         31 mart 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 8e sinif şagirdləri ilə birgə “31 Mart azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirdi.

          Əvvəlcə 104 il öncə baş verən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər soyqırım barədə apardıqları araşdırmaları slayd və təqdimatlarla nümayiş etdirdilər.

          Müzakirələrdən sonra ümumi nəticəyə gəlindi ki, tarixən Azərbaycan xalqı dəfələrlə soyqırımlara məruz qalmış, ermənilərin və rusların müxtəlif zamanlarda bu qırğınları törətməkdə məqsədi xalqımızı tarix səhnəsindən silmək idi. Xalqımız ona edilən vəhşilikləri heç vaxt unutmayacaq. Babalarımıza edilənlərin unutmayaq ki, nəvələrimiz də eyni acını yaşamasınlar.