XƏBƏRLƏR

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya
17.03.2022
17 mart 2022-ci il tarixində sinif rəhbəri Bayramova Gilənin təşkilatçılığı ilə liseyin VIIb sinif şagirdləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya etdilər.
Əvvəlcə şagirdlər Təhsil kompleksinin əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu ilə tanış oldular.
Mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə sinif otaqlarında tədris prosesin izlədilər.