XƏBƏRLƏR

XI Avropa Qızlar Riyaziyyat Olimpiadasının (EGMO) qızıl medalçısı Fidan Mübariz qızı Qarayeva
11.04.2022
06 – 11 aprel 2022-ci il tarixləri aralığında Macarıstanın Eqer şəhərində XI Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirildi. 57 ölkədən 222 məktəblinin iştirak etdiyi bu bilik yarışında ölkəmizi təmsil edən komanda uğurla çıxış edərək, 1 qızıl, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Onlardan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Qarayeva Fidan Mübariz qızı təhsil tariximizdə ilk dəfə olaraq, qızıl medal qazanmışdır.
Şagirdimizi liseyin rəhbərliyi və kollektivi adından təbrik edir, ona can sağlığı və yeni-yeni uğurlar arzulayır, onlar üçün əmək sərf edən hər kəsə minnətdarlığımızı bildiririk!