FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimizin Türkiyə səfəri

23.03.2022

         Azərbaycan ümumitəhsil məktəblərində təhsil alan şagirdlər və onları müşayiət edən müəllimlərdən ibarət 25 nəfərlik heyət 15-22 mart tarixlərində Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyədə səfərdə olmuşdur. Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə şagirdləri arasındakı ünsiyyətin intensivləşdirilməsi və hər iki ölkənin tarixində yer almış mühüm hadisələrə diqqət çəkilməsidir.

           Qardaş ölkədə səfərdə olan şagirdlər arasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini Azərbaycan dili və ədəbiyyat müəllimi Mədətli Xəyalə, XB sinif şagirdləri  Namazova Dərya, Qarayeva Nuriyyə, Hüseynov Cəlil və IXÇ sinif şagirdi Həşimov Davud təmsil etmişdir. 

           Şagirdlərimiz Çanaqqalanın şanlı tarixini özündə əks etdirən məkanları ziyarət etdilər.  18 mart Çanaqqala zəfəri və şəhidləri anım törənində, fənər alayında eləcə də , bir neçə rəsmi proqramda iştirak etdilər.

          19 mart tarixindən İstanbul şəhərinə yola düşən şagirdlərimiz  burada da tarixi məkanlarla tanış oldular və İstanbul Atatürk Fənn lisedyində türk şagirdlərlə birgə dərslərdə iştirak etdilər.