FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyin VIII sinif şagirdləri üçün monitorinq imtahanı keçirildi.

20.04.2022

           20 aprel 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan VIII sinif şagirdlərinin bilik və bacarıqlarını yoxlamaq məqsədilə məktəb rəhbərliyi tərəfindən monitorinq imtahanı keçirildi. İmtahan 3 fənni: Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini əhatə etdi. Şagirdlərə hər fənnə aid 16 sual olmaqla, ümumilikdə 48 test tapşırığı təqdim olundu. Testlər 4 variantda 10-u açıq, 6-si qapalı formatda tərtib olunmuşdur. Test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə 2 saat vaxt verildi.

          Monitorinqi aparmaqda əsas məqsəd adı çəkilən fənlər üzrə akademik bilikləri yetərli olmayan şagirdləri üzə çıxarmaq və onlarla gələcəkdə aparacağımız işləri müəyyən etməkdir. İmtahanın nəticələri növbəti həftə elan ediləcəkdir.

          Testlərin hazırlanmasında və imtahanın təşkilində bizə kömək etmiş M/b. sədrlərinə, fənn müəllimlərinə və sinif rəhbərlərinə təşəkkür edir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!