FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IX sinif şagirdləri ilə imtahan qabağı psixoloji söhbət

22.04.2022

         Fizika , riyaziyyat və informatika təmayüllü liseyin  psixoloqu Nəbiyeva Sevda 18-22 aprel 2022-ci il tarixləri arasında IX sinif şagirdləri ilə imtahan qabağı psixoloji söhbət və iş apardı. Proses liseyin bütün IX siniflərini (IXa,b,c,ç,d,e,)əhatə etdi. Psixoloji söhbət və iş aparmaqda məqsəd imtahan qabağı şagirdlərin həyəcan və imtahana necə hazır olmalarını təyin etmək idi. Şagirdlərlə iş zamanı məlum oldu ki, onların 85%i imtahana hazırdırlar. Onların sözlərinə görə imtahana hazır olmalarında liseyin hörmətli müəllimlərin çox böyük zəhməti var. Təlim prosesində  onlar imtahan verəcəkləri fənlərə həm psixoloji, həm də bilik səviyyələrinə görə tam hazırdırlar.

        Məktəbin rəhbərliyi adından psixoloq Sevda xanıma təşəkkür edir, işlərində uğurlar arzulayırıq!