FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

X Avropa riyaziyyat kuboku müsabiqəsinin qalibləri

05.05.2022

       Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının həyata keçirdiyi X Avropa riyaziyyat kuboku müsabiqəsinin nəticələri elan olunub. Tərkibinin əsas heyəti Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdlərindən təşkil olunmuş və Azərbaycanı təmsil edən komanda uğurla çıxış edərək, 4 gümüş, 4 bürünc medal qazanıb. 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı bu müsabiqədə FRİTL-in mükafat qazanmış şagirdlərini siz də tanıyın:

               Hüseynov Cəlil (10b) – II dərəcəli diplom,

          Qarayeva Fidan (10b) – II dərəcəli diplom,

          Abbasov Toğrul (11c) – II dərəcəli diplom,

          Mehdiyev Anar (10b) - III dərəcəli diplom,

          Cəfərzadə Amin (11c) - III dərəcəli diplom,

          Nuriyev Muhammed (11c) - III dərəcəli diplom

          Şagirdlərimizi, onlar üçün zəhmət çəkən hər kəsi təbrik edir, işlərində yeni-yeni uğurlar arzulayırıq!