XƏBƏRLƏR

39-cu Balkan Riyaziyyat Olimpiadasının qalibləri
10.05.2022
4 – 9 may 2022-ci il tarixləri arasında keçirilən 39-cu Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğurla çıxış edərək, 2 gümüş, 3 bürünc medal qazanıblar. Qalib olmuş beş medalçıdan dördü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Beləliklə, medal qazanan şagirdlərimizi sizə təqdim edirik:
Cəlil Hüseynov (Xb sinfi) - gümüş medal,
Toğrul Abbasov (XIc sinfi) – gümüş medal,
Fidan Qarayeva (Xb sinfi) – bürünc medal,
Amin Cəfərzadə (XIc sinfi) – bürünc medal.
Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi liseyin rəhbərliyi və kollektivi adından təbrik edir, hamısına can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!