FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

II Məktəblilərarası Astronomiya Olimpiadasının qalibi – Dərya Namazova

28.04.2022

        23 aprel 2022-ci il tarixində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçirilmişdir. Qeyd edək ki, olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya Təhsil İdarəsi idi. Respublika məktəblilərinin onlayn şəkildə qatıldığı bu bilik yarışında Fizika, riyaziyyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Dərya Namazova bürünc medala layiq görülmüşdür.

          Qeyd edək ki, qaliblər avqust ayında Gürcüstanda keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqdır.

          Şagirdimizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!