FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sabah" qrupu tələbələrinin riyaziyyat fənni üzrə sınaq dərsləri

10.05.2022

   10 may 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində riyaziyyat fənni üzrə təcrübə keçən BDU-nun “Sabah” qrupunun tələbələri: Kərimova Şəhla Ayaz qızı (rəhbər Zəburə Hacıyeva), Məmmədzadə Elmira Habil qızı (rəhbər Gülağa Rəhimov), Elnaz Bağırova (rəhbər Gülağa Rəhimov), Nurlana Göyüşova (rəhbər Şəmsi Səfərov) müxtəlif mövzularda sınaq dərsləri keçdilər. Təcrübəçilər mövzunu fəal dərsin tələblərinə uyğun şəkildə şagirdlərə öyrətməyə çalışdılar. Dərs prosesində təcrübəçi müəllimlərin və şagirdlərin birgə əməkdaşlığı təmin olundu.

          Təçrübəçilərə və onların rəhbərlərinə təşəkkür edir, uğurlar arzulayırıq!