FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"eTwining Plus" layihəsi çərçivəsində "My Big İdea" müsabiqəsində qalib olmuş şagirdlərin mükafatlandırma mərasimi

11.05.2022

     11 may 2022-ci il tarixində “eTwining Plus” layihəsi çərçivəsində “My Big İdea” müsabiqəsində qalib olmuş şagirdlərin mükafatlandırma mərasimi keçirilib. Qeyd edək ki, cari ildə “Mənim böyük ideyam” (“My Big Idea”) mövzusunda keçirilən  şagird müsabiqəsində 11 şagird qalib seçilib. Qaliblər 14 region üzrə 114 məktəbdən daxil olan 300-ə yaxın şagird  arasından müəyyənləşdirilib. Seçilmiş şagirdlər sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdləri:    

Allahverdiyeva Fidan Yaşar qızı,

Əkbərli Fəcrin Nizaməddin qızı,

Şəfizadə Selcan Müşfiq qızı da yer alıb.

          Mərasimdə qalib şagirdlərə sertifikatlar, xüsusi mükafatlar təqdim olundu.

          Şagirdlərimizi təbrik edir, onlara can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!