FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Şuşa ili"nə həsr olunmuş "Məntiq və proqramlaşdırma" adlı bilik yarışı

18.05.2022

18 may 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin informatika müəllimləri Ruslan Mehdiyev, Aysel Bədəlova və Ülkər Abdinzadənin təşəbbüsü ilə “Şuşa ili”nə həsr olunmuş “Məntiq və proqramlaşdırma” adlı bilik yarışı keçirildi. İki turdan ibarət olan bu bilik yarışı liseydə təhsil alan VII sinif şagirdlərini əhatə etdi. İlk turun nəticələri əsasında ikinci tura 20 nəfər şagird seçiləcək. Birinci tur kağız vasitələri üzərindən keçirildiyi halda, ikinci tur kompüter vasitəsilə aparılacaq. İkinci turda ən yüksək nəticə göstərən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

          Yarışı təşkil edən müəllimlərə, bu prosesdə onlara kömək edən hər kəsə liseyin rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!