FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IX sinif şagirdlərinin buraxılış imtahanı nəticələri açıqlanıb

19.05.2022

      DİM ümumi orta təhsil səviyyəsini bitirən şagirdlər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Qeyd edək ki, 2021- 2022-ci dərs ilində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini ümumi orta təhsil səviyyəsində 165 şagird bitirir. Açıqlanan nəticələrə əsasən, şagirdlərimizin əksəriyyəti 200-dən yuxarı bal toplayıb. Beləliklə, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini bitirən IX sinif şagirdlərinin nəticələri aşağıdakı kimidir:

          33 nəfər: 280 - 295 bal;

          82 nəfər: 250 – 279 bal;

          43 nəfər: 200 – 249 bal;

          7 nəfər: 117 – 199 bal.

          Məktəblilərimizdən 7 nəfər 290 - 295 aralığında bal toplayıb. Şagirdlərimizi və onların yüksək nəticə əldə etməsi üçün əziyyət çəkmiş müəllimlərimizi liseyin rəhbərliyi adından təbrik edir, hamısına can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!