FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz FRO-dan 11 qızıl, 15 gümüş, 18 bürünc olmaqla, bütövlükdə 44 medal qazanıblar

20.05.2022

  Respublika Fənn Olimpiadalarının yekun nəticələrinə əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri 11 qızıl, 15 gümüş, 18 bürünc olmaqla, bütövlükdə 44 medal qazanıblar. Qazanılmış medalların fənlər üzrə paylanması belədir:

          Riyaziyyat: 6 qızıl, 8 gümüş, 8 bürünc;

          Fizika: 2 qızıl, 3 gümüş, 4 bürünc;

          İnformatika: 3 qızıl, 3 gümüş, 5 bürünc;

          Kimya: 1 gümüş;

          Coğrafiya: 1 bürünc.

          Qalib olmuş şagirdlərimizdən iki nəfər - Fidan Qarayeva və Amin Cəfərzadə iki fəndən (riyaziyyat və informatika) ayrı-ayrılıqda qızıl medal qazanıblar. Bundan başqa bu bilik yarışına qatılmış istedadlı VIII sinif şagirdlərindən 3 nəfər də medal qazananlar sırasında yer alıb.

          Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini liseyin rəhbərliyi adından təbrik edir, hamısına dərin təşəkkürümüzü bildirərək, can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq!