
Şagirdlərimizin yeni uğurları
20.05.2022
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri Emil Babayev və Fatimə Qasımzadə Azərbaycan British Collage - in keçirdiyi Black Sea Schools Group, Cambrdige Assesment - in də əməkdaşlıq etdiyi "7th Science Fair" -də Mühəndislik kateqoriyası üzrə elmi layihəsi "Discovery of underwater - ScopAcqua" ilə "Gold Medal" yəni 1-ci yerə layiq görülmüşdür. Layihənin təqdimatı ingiliscə online Zoom proqramı vasitəsilə baş tutmuşdur.
Şagirdlərə və fənn müəllimi Taleh Ələsgərova sertifikat təqdim olundu.
Eyni zamanda şagirdlərimizin bu elmi layihə məqaləsi Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci Qrant Müsabiqəsi" çərçivəsində elmjurnali.az saytında yayımlanmış, Emil Babayev və Fatimə Qasımzadəyə təşəkkürnamələr təqdim olunmuşdur.
Şagirdlərimizi təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayırıq!