XƏBƏRLƏR

Avropa Fizika Olimpiadasının bürünc medalçısı Sadıxzadə Sadiq Fətta oğlu
25.05.2022
Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən Avropa Fizika Olimpiadasında Azərbaycan məktəbliləri uğurla çıxış edərək, 4 bürünc medal və 1 “Həvəsləndirici mükafat” qazanıb. Bürünc medal qazananlardan biri də Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Sadıxzadə Sadiq Fətta oğludur.
Şagirdimizi liseyin rəhbərliyi və kollektivi adından təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!