FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Hərb Tarixi Muzeyinə ekskursiya

19.05.2022

        19 may 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIIb sinif şagirdləri Muzey həftəsi ilə əlaqədar olaraq, Hərb Tarixi muzeyində ekskursiyada oldular.
          Bələdçi-tərcüməçi Nərminə xanım muzeyin ilk zalı olan qədim, erkən orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırdı. 
          Şagirdlərimiz 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular.
           Muzey bələdçisi tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumat  şagirdlərdə xoş təəssürat yaratdı.