XƏBƏRLƏR

"Zərərli vərdişlərə yox deyək"
13.05.2022
12-13.05.2022-ci il tarixlərdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyin biologiya müəllimi Zeynalova İradə tərəfindən VIII siniflərdə “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici dərs keçirilmişdir.
Dərs zamanı şagirdlər hazırladıqları elektron təqdimat, divar qəzetləri, topladıqları məlumatlar əsasında yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, siqaret, alkoqol və narkomaniyaya qarşı mübarizə haqqında danışdılar. O cümlədən enerji içkilərin və hazır qidalarin orqanizmə vurduğu ziyanlar haqqında da danışdılar.