FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Tullantıdan incəsənətə" adlı təlim

25.05.2022

      25.05.2022-ci il tarixdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Təhsil Nazirliyinin Respublika Gənclər Mərkəzinin “Heykəltaraş” dərnəyinin rəhbəri Rzayev Fərid və Eko klub dərnəyinin rəhbəri Nəsirova Elnarə tərəfindən eko klub üzvlərinə “Tullantıdan incəsənətə” adlı təlim keçirildi.

   Təlimin məqsədi ekoloji maarifləndirmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarını araşdırmaqda kömək etməkdir.  Bu təlimin keçirilməsində əsas tələblərdən biri odur ki, şagirdlər plastikin xeyrini və zərərini anlasınlar.