FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"TEKNOFEST Azərbaycan" festivalında "Baku skills" nomunasiyasının A kateqoriyası üzrə qızıl medalçısı – Dərya Namazova

28.05.2022

   “TEKNOFEST Azərbaycan” festivalında DN4 komandası “Baku skills” nomunasiyasının A kateqoriyası üzrə qızıl medala layiq görülmüşdür. Qeyd edək ki, bu komandanın heyətində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Dərya Namazova da yer alıb. Şagirdimizi və onunla bir komandada çalışıb qalib gələn hər kəsi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!