FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Nə? Harada? Nə zaman?" intellektual oyununun qalibi "Evklid" komandası

28.05.2022

    28 may 2022-ci il tarixində Bakıda keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə 6-9-cu siniflər arasında Respublika Çempionatı keçirilmişdir. 20 komandanın yarışıdığı bu oyunda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin “Evklid” komandası suallara düzgün cavab verərək, qızıl medal qazanmışdır. "Landmark" otelində keçirilən bu yarışda şagirdlərimizə medallar və müxtəlif hədiyyələr təqdim olundu.

          Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!