XƏBƏRLƏR

Şagirdimiz "Azərbaycanim" V Respublika uşaq rəsm festivalında 2-ci yerə layiq görülüb
27.05.2022
27.05.2022-ci il tarixdə Xətai Sənət Mərkəzini qarşısında açıq havada
"Azərbaycanim" V Respublika uşaq rəsm festivalı təşkil edildi. Festivala öz əsərləri ilə qatılan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IXb sinif şagirdi Qaçabəyova Həlimənin çəkdiyi rəsm 2-ci yerə layiq görülmüşdür.
Qeyd edək ki, ümumilikdə 2000 əsərin içərisindən 30 rəsm əsəri festivalda iştirak üçün seçilmişdir. Bu festivalda qalib gələn şagirdlər qiymətli hədiyyə və diplomlarla mükafatlandırıldı.
Şagirdimizi təbrik edir, ona işlərində uğurlar arzulayırıq!